Yeni tədris ilində Şuşa, Xocalı, Xankəndi şəhərlərində, Laçının Sus kənd orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb. Bu il işğaldan azad olunan ərazilərdəki məktəblərdə 1 410 şagird təhsil alır. Şuşa şəhəri 1 saylı tam orta məktəbdə ilk dərs günündə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev deyib ki, cari tədris ilində işğaldan azad edilən ərazilərdə yeni məktəblər açılacaq: "Azərbaycanın suverenliyinin tam bərqərar olmasından sonra ilk tədris ilidir. Bir neçə gündən sonra Xankəndidə də məktəbin açılışı olacaq. Bu tədris ilində Cəbrayıl və Kəlbəcər şəhərlərində, eyni zamanda, bir sıra kəndlərimizdə yeni məktəblərimizin açılışı planlaşdırılır. Hər yeni məktəb yüzlərlə ailəyə sevinc bəxş edir", - deyə E.Əmrullayev vurğulayıb.
Millət vəkili Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında qeyd edib ki, bu gün tarixi mərhələyə qədəm qoymuşuq. C.Məmmədov Şuşada, Xocalıda, Xankəndidə, Laçında məktəblərin fəaliyyətə başlamasının qüruruverici olduğunu deyib. Bu məktəblərdə dərs deyən pedaqoji heyətə gəlincə isə millət vəkili bildirib ki, həmin təhsil müəssisələrində bölgənin özündən olan müəllimlər dərs deyirlər:
“Onlar da müəllimlərin işə qəbulu imtahanı əsasında işə götürülürlər və sertifikasiyada iştirak edirlər. Seçim zamanı üstünlük həmin bölgədən olan şəxslərə verilir. Hesab edirəm ki, doğru olan da budur. Çünki bölgə insanı orada təhsilin inkişafına daha çox can yandıracaq, prosesə töhfə verməyə çalışacaq. Azad edilmiş ərazilərdə tədris prosesinin təşkili asan məsələ deyil, zəhmət tələb edir. Aidiyyəti qurumlar bunun öhdəsindən gəlmək üçün uğurlu addımlar atır. İnanıram ki, azad edilmiş ərazilərdə təhsil sahəsində nailiyyətlərin şahidi olacağıq”.
Törə Zeynallı
Demokrat.az