Xəbər verdiyimiz kimi, türk dövlətlərinin ortaq əlifbası ərsəyə gətirilir. Bunun üçün Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən Türk Dünyası Ortaq Əlifba Komissiyası yaradılıb. Komissiya 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının tərtib edilməsilə bağlı razılığa gəlib.
Millət vəkili Anar İsgəndərov ortaq türk əlifbası fikrinin təqdirəlayiq olduğunu deyib. Tarixçi deputat Demokrat.az-a açıqlamasında vurğulayıb ki, ortaq türk dili əlifbasının yaradılması müstəsna hadisədir:
“Türk dünyası birləşməli, ortaq dilləri, əlifbaları olmalıdır. Əlbəttə ki, hər bir türk xalqının dili, əlifbası, mədəniyyəti, etnoqrafiyasının qorunması şərtilə.
Azərbaycan türk dövlətlərinin bir araya gəlməsində, Türk Dövlətləri Təşkilatının yaranmasına böyük rol oynayıb. Türk xalqları arasında ortaq sözlər, ortaq ədəbiyyat daha çox işlənməlidir. Düşünürəm ki, əlifba türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edəcək”.
A.İsgəndərovun fikrincə bu gün türk dünyasının birləşməsinə böyük ehtiyac var:
“Tarix ibrətdir. Nə vaxt ki, türk dövlətləri birləşə bilmədi, mədəniyyətlərini inkişaf etdirə bilmədi, o zaman zəiflədi. Torpaqlarının böyük hissəsini itirdi və beləlikə dünyaya ədalətli hakimliklərini itirdi. Türk dünyasını sevməyən qüvvələrin istədikləri də bu idi. Nəhayət, türk dövlətləri bu gün dərk etdi ki, birləşmələrinə hava, su qədər ehtiyac var. Onlar dünyaya qarşı çıxmaq üçün birləşmir, əsla, mədəniyyətlərini, kimliklərini, tarixlərini, dillərini qoruyub saxlamaq üçün birləşir. Tarix göstərdi ki, Qərbdəki təşkilatların heç biri türk dövlətlərini oraya qəbul etmək istəmir.
Komissiyasının bu istiqamətdə fəaliyyətinə uğur diləyirəm. Əminəm ki, 21-ci əsr türk dünyası əsri olacaq. Azərbaycanın dövlət başçısının andiçmə mərasimində dediyi kimi böyük bir türk ailəsi var, Azərbaycan da bu ailənin üzvüdür və onun qorunması üçün çalışır. Azərbaycan türk xalqları arasında dostluq və qardaşlığın qorunması üçün əlindən gələni edir”.
Törə Zeynallı
Demokrat.az