"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarıldı

İDMAN 06 sentyabr 2024, 11:20
"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

Demokrat.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Buna müdafiəçinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə uduzub - 1:3.

Milli sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top