Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların işini təsdiqlədi

REGİON 05 sentyabr 2024, 12:20
Ermənistan Nazirlər Kabineti Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların işi barədə müddəaları təsdiqləyib.

Demokrat.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Mənbə qeyd edib ki, sənəd təsdiq edildikdən sonra Konstitusiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Ermənistanın ədliyyə naziri Qriqor Minasyan dünən jurnalistlərə verdiyi açıqlamasında bu mövzuya toxunmuşdu. 

Yeri gəlmişkən, sentyabrın 2-də Ermənistan hökuməti Ermənistan və Azərbaycan arasında razılaşdırılan və imzalanan demarkasiya komissiyalarının işi barədə müddəaları dərc edib.

Qətnamə layihəsində qeyd edilib ki, komissiyalar 1991-ci ildə Alma-Ata bəyannaməsinə əsasən Ermənistan və Azərbaycan arasındakı dövlət sərhədinin demarkasiyası prosesinin əsas prinsipinə əsaslanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top