Təyyarə biletinin şəklini paylaşmaq təhlükəli ola bilər — SƏBƏB

SOSİAL 21 avqust 2024, 19:10
Kiberinayətlərin geniş vüsət aldığı bir dövrdə paylaşdığımız hər bir məlumat bizi dələduzların hədəfinə çevirir. Bu mövzu gündəmə gələrkən şəxsi məlumatların məxfiliyinin qorunması da mühüm əhəmiyyət kəsb edir. Bu gün insanların şəxsi məlumatları hər yerdədir – şəxsiyyət vəsiqəsində, passportlarda, bank kartlarında, bonus kartlarında, hətta təyyarə biletlərində. Səyahət edərkən bir çoxumuz təyyarə biletinin şəklini çəkib paylaşmağı sevir. Bunun təhlükəli olduğu və bizi kiberdələduzların toruna sala biləcəyindən yəqin ki, çoxumuz xəbərsizik.

Demokrat.az xəbər verir ki, informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov sosial şəbəkələrdə təyyarə biletinin şəklini paylaşmağın arzuolunmaz nəticələrə gətirib çıxaracağını deyir. 

Ekspert bu barədə “İTV Xəbər”ə danışıb:

 “Əgər təyyarə biletinizi paylaşsanız, məsələn, Türkiyəyə getdiyinizi qeyd etsəniz və bu, kiberdələduzların qarşısını çıxsa, bunun əsasında sizə özəl hücum növü hazırlayacaqlar. Getdiyiniz yerdə sizə şirnikləndirici vədlərlə - pulsuz səyahət əldə etmək, endirimli tətil qazanmaq kimi yalan vədlərlə fişinq hücumları hazırlana bilər. Belə şəkillər paylaşarkən yaxşı olar ki, fərdi məlumatların əsk olunduğu hissələr qaralansın ki, görünməsin. 

Fərdi məlumatların və şəxsi məlumatların paylaşılmasındakı risklər ölkəyə görə dəyişir. Bəzi ölkələr var ki, orada təyyarənin üzərindəki koddan, barkoddan və digər məlumatlardan o ölkədəki qanunvericiliyə əsasən onlayn açıq mənbələrə görə oradan başqa məlumatlar da əldə oluna bilər. Amma hazırda bu, Azərbaycan üçün keçərli deyil”.

Törə Zeynallı
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top