"Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan enerji sahəsində əməkdaşlığın təşəbbüskarıdır"

SƏNAYE VƏ ENERGETİKA 09 avqust 2024, 19:24
 Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə iştirak edib. Çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu”na diqqəti çəkərək ölkə başçısı yaşıl enerji sahəsində əməkdaşlıqda bunun ilk addım olduğunu vurğulayıb. 

Enerji məsələləri üzrə ekspert İlham Şaban Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpaolunan enerji sahəsində əməkdaşlığın təşəbbüskarıdır: 

“2023-cü il noyabrın 14-də Azərbaycan bununla bağlı ilk dəfə təşəbbüslə çıxış etdi. Həmin vaxt Özbəkistan və Qazaxıstan hökumətlərinin nümayəndələrinə öz ölkələrində gələcəkdə hasil ediləcək “yaşıl enerji”nin Azərbaycana ötürülməsi məsələsinə baxmaq təklif edildi. 2024-cü ilin mayında bu məsələ yenidən gündəmə gəldi. Daşkənddə Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirləri arasında bununla bağlı ilk memorandum imzalandı. Bu sənəd onu göstərdi ki, tərəflər bu məsələdə maraqlıdır və bundan sonrakı mərhələdə danışıqlar daha da inkişaf etdiriləcək. Hazırkı mərhələdə də bu proses gedir Azərbaycan Prezidentinin də vurğuladığı kimi. 2022-ci ildə Azərbaycan Gürcüstan və Avropan Birliyinə daxil olan Rumınıya və macarıstan Qara dənizin dibi ilə Avropaya Azərbaycanda ostehsal olunan yaşıl enerjinin çatdırılması ilə bağlı bir layihəyə imza atıldı. COP29 ərəfəsində bu layihənin tezniki göstəriciləri açıqlanmalıdır. Layihə hazır olmalıdır ki,2025-ci ildə əldə olunan məlumat əsasında layihənin maliyyə tərəfi maraqlı tərəflərlə müzakirə edilsin. Xəzərin o tayından bu tayına yaşıl enerjinin nəqli  Azərbaycanı tranzit ölkəyə çevirəcək. Digər tərəfdən Avropanın enerji təhlükəsizliyində oynayacağı rol daha da arta bilər. Neft və neft məhsulları, mavi yanacaq, ardıyca bərpaolunan enerji ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir və daha çox maraqlı tərəfləri cəlb etməyə davam edir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top