Bəzi şəxslər Qarabağa səfər edə bilməyəcəklər. Bura kredit və aliment gecikməsinə görə axtarışda olan şəxslər aiddir. Belə ki onlar Qarabağa səyahət zamanı postdan buraxılmırlar.
Qarabağa tur təşkil edən əksər şirkətlərdə belə bir xəbərdarlıq qeyd olunub.
Turizm eksperti Ceyhun Aşurov da Demokrat.az-a açıqlamasında faktı təsdiqləyib:
“Xaricə səfərinə məhdudiyyət qoyulmuş şəxslər kimi kredit və aliment gecikməsinə görə axtarışda olan şəxslərin də Qarabağa səyahət zamanı postdan buraxılmaması barədə göstəriş verilib. Bu, turizm şirkətlərindən asılı bir məsələ deyil. Müəyyən şəxslərin postdan, sərhəddən buraxılmaması qanunvericiliklə tənzimlənir. Turizm şirkətləri sadəcə olaraq bu barədə insanları məlumatlandırır. Bu, Qarabağa səfər etmək istəyənlərin xeyrinədir. Əgər kredit və aliment gecikməsinə görə axtarışda olan şəxslər Qarabağa səfər etmək istəyərsə, bu xəbərdarlıqdan sonra səfər planlaşdırmayacaqlar və son anda da geri qaytarılmayacaqlar, əvvəlcədən buraxılmayacaqları barədə məlumatlı olacaqlar yəni. Turizm şirkətləri də bu məsələdə maraqlıdır. Çünki onlar əvvəlcədən səfər edən şəxslər barədə müvafiq qurumlara məlumat verir, ödəniş həyata keçirir. Beləliklə onların da əziyyətləri hədər getməmiş olacaq”.
Törə Zeynallı
Demokrat.az