Səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun kənarında 18 yaşlı qız huşsuz vəziyyətdə tapılıb.
Araşdırma zamanı onun Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyənləşdirilib.
Kənd sakinləri qızı xəstəxanaya aparıb.
Onda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib.
A.Quliyeva komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.(Oxu.az)