Gəncə şəhərində 1990-cı il təvəllüdlü Daşqın şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Samirəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2008-cü ildə Samirə ilə ailə həyatı qurub və üç övladı var, həmin vaxdan bir yerdə yaşayırlar:
“Hadisə günü işlədiyim evdə spirtli içki qəbul etdim və sonra yaşadığım evə qayıtdım. Evə gələn zaman evdə qonşuluqda yaşayan qadınlar olub. Həmin qadınlar evdən getdikdən sonra Samirəyə həmin qadınların yaşadığım evə gəlməsi barədə iradımı bildirdim. Həmin vaxt Samirə bacısı uşağının ad gününə getmək istədiyini bildirdi. Mən də onun getməsinə etiraz etdim. Həmin vaxt Samirəyə aramızda mübahisə yarandı. Səs küy saldığı üçün Samirənin üstünə gedərək əl zərbələri ilə sifət və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döydüm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, mübahisə zamanı evdə onlardan başqa heç kim olmayıb. Onun ifadəsinə görə, daha sonra Samirə hadisə barədə Daxili İşlər Nazirliyinin “102 xidməti”nə zəng edərək məlumat verib.
İş üzrə zərərçəkmiş Samirənin sözlərinə görə, hadisə günü əri Daşqın evə gəlib:
“Həmin vaxt mən qonşu qadınlarla oturaraq söhbət edirdim. Həmin qadınlar Daşqının gəldiyi üçün öz evlərinə getdilər. Daşqın evə daxil olan kimi bacım uşağının ad gününə getmək istədiyimi ona bildirdim. Daşqın getməməyimi bildirdi. Sonra Daşqın yaxınlaşaraq niyə mənim valideynlərimin və bacılarımın pul vermədiklərini, köməklik etmədiklərini bildirdi. Mən isə valideynlərimin maddi durumu yaxşı olmadığı üçün köməklik edə bilmədiklərini bildirdim”.
Zərərçəkmiş bildirib ki, daha sonra Daşqın evdə ucadan onun ailə üzvlərinin ünvanına söyüşlər söyüb:
“Mən isə Daşqını sakitləşdirmək istədim. Lakin həmin vaxt Daşqın üstümə qışqıraraq ünvanıma söyüşlər söyərək təhqir etdi. Həmin zaman aramızda mübahisə yarandı. Daşqın sifət nahiyəmə əli ilə zərbə vurdu və sonra əlləri ilə bədənimin müxtəlif nahiyələrinə bir neçə zərbələr vuraraq məni döydü. Mənə xəsarət yetirdi. Həmin vaxt Daşqının spirtli içki qəbul etdiyini bildim”.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Daşqının barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokeat.az