Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start verilir.
Demokrat.az xəbər verir ki, bu mərhələdə 14 cütlük növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaq. İlk oyun günündə 11, sabah isə 3 matç keçiriləcək. Azərbaycan çempionu "Qarabağ"ın "Linkoln"la (Cəbəllütariq) birinci görüşü də bu günə təsadüf edir.
ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunlarının təqvimi belədir:
23 iyul, çərşənbə axşamı
19:00. "Bude Qlimt" (Norveç) - RFS (Latviya)
19:30. "Panevejis" (Litva) - "Yaqelloniya" (Polşa)
20:00. "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan)
21:00. APOEL (Kipr) - "Petrokub" (Moldova)
21:00. "Malmö" (İsveç) - "Klaksvik" (Farer adaları)
21:30. FKSB (Rumıniya) - "Makkabi" (Tel-Əviv, İsrail)
22:00. "Ferensvaroş" (Macarıstan) - THS (Uels)
22:00. "Santa-Koloma" (Andorra) - "Mitülland" (Danimarka)
22:00. "Dinamo" (Kİyev, Ukrayna) - "Partizan" (Serbiya)
22:30. "Luqano" (İsveçrə) - "Fənərbaxça" (Türkiyə)
23:00. "Şemrok Rovers" (İrlandiya) - "Sparta" (Praqa, Çexiya)
24 iyul, çərşənbə
21:30. PAOK (Yunanıstan) - "Boraya Banya-Luka" (Bosniya və Herseqovina)
22:00. "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus)
22:15. "Tsele" (Sloveniya) - "Slovan" (Bratislava, Slovakiya)