Sabiq deputat seçkilərlə bağlı planını AÇIQLADI

GÜNDƏM 11 iyul 2024, 12:19
Xəbər verdiyimi kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərlə əlaqədar artıq siyasi partiyalar öz namizədlərini təsdiqləyir, müstəqil namizədlər iştirak edəcəklərini açıqlayırlar. 

Mövzu ilə bağlı Milli Məclisin sabiq deputatı Əkrəm Abdullayev Demokrat.az-a açıqlamasında seçkilərdə iştirak etmək fikrinin olmadığını bildirib. 

Əkrəm Abdullayev buna səbəb kimi dövlət işində işləməsini əsas gətirib:

“Mən dövlət işində - Diasporla İş üzrə Dövlət Komitəsində çalışıram. Ona görə də seçkilərdə iştirak etməyəcəm. 

Ümumiyyətlə, namizədliyimi irəli sürməyi düşünmürəm. Seçkilərdə iştirak etmək kimi bir planım yoxdu”. 

Xatırladaq ki, Əkrəm Abdullayev Milli Məclisin III çağırış deputatı olub.


Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top