“İmtahanların ləğvi iş keyfiyyətinin yüksəldilməsinə səbəb ola bilər” — Summativ qiymətləndirmə ləğv olunur?

GÜNDƏM 08 iyul 2024, 16:32
Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu ibtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsinin müzakirə olunduğunu bildirib. Qeyd olunub ki, qiymətləndirmə siyasətində bəzi təkmilləşdirmələr aparılacaq. Nazirlik rəsmisi, həmçinin, əlavə edib ki, 2020-ci ildə təsdiq olunmuş dövlət standartları növbəti ildə yenilənəcək. Yeni standartların hazırlanması ilə bağlı işlər gedir.

Bəs, bu qərarın müzakirəsi nə ilə bağlıdır? 


Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Elvin Bədirli bildirib ki, bu iş keyfiyyətinin yüksəldilməsi ilə bağlı məsələdir.

Elvin Bədirli qeyd edib ki, bu, müəllimlərin iş keyfiyyətinin yüksəldilməsi, şagirdlərin davamlı imtahan həyəcanından xilas olması üçün atılacaq uğurlu addımlardan birinə çevrilə bilər. 

“Müəllimlərimizin daha çox və şagirdlərimizin mütəmadi imtahanlara salınması heç də iş keyfiyyətinin bilavasitə artmasına imkan vermir. Buna görə də Təhsil Nazirliyi bu məsələyə yenidən baxılacağını öncədən elan etmişdi. Bu səbəbdən ilk fürsətdə müəyyən bir qaydalar çərçivəsində bəzi imtahanların ləvğ edilməsi və ya birləşdirilməsi, imtahanların say normasının müəyyən edilməsi və ya azaldılması müzakirə olunur. Düşünürəm ki, bu, kifayət qədər labüd addımdır. İnanıram ki, müzakirə olunan məsələ təhsil keyfiyyətinin yüksəldilməsi baxımından atılacaq uğurlu addımlardan birinə çevrilə bilər. 

Müəyyən siniflərdə, müəyyən kitablarda proqram ağırlığı var. Amma dərslik siyasətindən asılı olaraq mütəmadi dərsliklərin yenilənməsi prosesi var. Hazırda onsuzda məktəbəqədər hazırlıq qruplarında ilkin yazma-oxuma vərdişləri şagirdlərə aşılandığı üçün 1-ci sinifdən etibarən şagirdlərə nisbətən çətinləşmiş proqram təklif edilir. Şagirdlərin böyük bir qismi də bunun öhdəsindən gələ bilirlər. Amma ola bilər ki, yaxın gələcəkdə yenə dərslik siyasətinə müvafiq olaraq, hər 4 ildən bir kitabların təkmilləşdirilməsində əlavə dəyişikliklər baş verə bilər”.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
06 oktyabr 2024, 09:30
Top