Bu ölkədə 7,2 bal gücündə zəlzələ baş verdi

HADİSƏ 28 iyn 2024, 17:49
Perunun cənub sahillərində 28 kilometr (17 mil) dərinlikdə 7,2 bal gücündə güclü zəlzələ baş verib. 

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti açıqlama verib 

Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi Perunun bəzi sahillərində hündürlüyü 1-3 metrə çatan sunami dalğalarının "mümkün" olduğu barədə xəbərdarlıq edib.

"Mövcud bütün məlumatlara əsasən, bəzi sahillərdə təhlükəli sunami dalğaları proqnozlaşdırılır" deyən mərkəz ictimaiyyəti diqqətli olmağa çağırıb.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top