Bakıda avtobus və maşınlar əks yola çıxaraq "protiv" sürdülər — VİDEO

HADİSƏ 27 iyn 2024, 11:09
Bakıda sürücülərin yollarda tez-tez rastlaşdığı xoşagəlməz hallardan biri də əks istiqamətdə hərəkət edərək digərinin qarşısını kəsmə hallarıdır.

Baku.ws-in məlumatına görə, sürücülərin əks yola çıxmaq istəyi tıxacda qalmamaq və mənzilbaşına tez çatmaq məqsədi daşısa da, bunu etdikləri halda ən yaxşı halda bir neçə sürücünün qarşısını kəsir, ən pis halda isə qəza, tıxac və oxşar hadisələrə səbəb olurlar.

Baku.ws-in "qaynar xətti"nə daxil olan görüntüdə avtobus və bir neçə avtomobilin əks yola çıxması halı müşahidə olunub. Hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsində qeydə alınıb.

Məsələ ilə bağlı Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev Baku.ws-ə bildirib ki, nəqliyyat vasitələri əks istiqamətli nəqliyyat axını hərəkət zolağına keçməklə qaydanı kobud pozmuş olurlar: "İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, bu kimi hallara görə 4 cərimə balı yazılır və 150 manat cərimə tətbiq edilir. Bu sürücülər anlamalıdır ki, bu kimi qayda pozuntularına yol verməklə həm özləri, həm digər sürücülər, həm də piyadaların həyatlarını riskə atmış olurlar.

Bu gün qəzaların baş verməsinin əsas səbəblərindən biri də sürücülərin əks istiqamətdə hərəkət zolağına çıxmasıdır ki, bəzən həmin yerlərdən piyadalar çıxır. Eləcə də digər sürücülərin haqlı narazılığına səbəb yaradır. Hətta bu kimi qayda pozuntuları tıxacların yaranmasına da səbəb olur.

Həmin sürücülər DYP əməkdaşları, eləcə də xüsusi texniki vasitələr tərəfindən aşkarlandığı təqdirdə qanunla müvafiq tədbirlər həyata keçirirlir".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 iyn 2024, 09:30
Top