Fırtına davakar meymunları barışdırdı

MARAQLI 24 iyun 2024, 17:15
Puerto-Rikonun Kayo Santyaqo adasındakı makakaların Mariya qasırğasından sonra bir-biri ilə daha yaxşı anlaşdığı müşahidə edilib.

Demokrat.az xəbər verir ki, 2017-ci ildə Puerto-Rikonu vuran qasırğa azı 3 min insanın həyatına son qoyub və Kayo Santyaqoda bitki örtüyünün 63 faizini məhv edib.

Qasırğanın fəsadları makakaların həyatını təhlükəyə atıb. Mütəxəssislər aqressiv davranışları ilə tanınan bu meymunların daha da döyüşkən olacağını düşünsələr də, müşahidələr bunun əksini ortaya çıxarıb.

1938-ci ildə elmi araşdırmalar üçün Meymun adası kimi tanınan Kayo Santyaqoya gətirilən makakaların adada sayı minə yaxındır. Heyvanlar işçilər tərəfindən bəslənildiyi üçün onlar arasında yeməklə bağlı heç bir mübahisə yaranmır.

Lakin ən döyüşkən primatlardan hesab edilən makakalar ağac kölgəsi üçün daim mübarizə aparırdılar. 

Cümə axşamı günü elmi araşdırma jurnalında dərc olunan xəbərdə makakaların təcavüzkarlığının azaldığı aşkar edilib. 

Harvard Universitetindən Dr Camille Testard həmmüəllifi olduğu araşdırma haqqında "Biz həqiqətən belə bir şey gözləmirdik" deyib.

Tədqiqatçılar bu dəyişikliyi meymunların daha az resurs qaldığı üçün sağ qalma şanslarını artırmaq üçün ağacları paylaşmağı seçmələri ilə əlaqələndiriblər.

Dr. Testard deyib ki, tədqiqat heyvanların sosial davranışlarında daimi dəyişikliklərlə ətraf mühitin problemlərinə cavab verə biləcəyini göstərən ilk tədqiqatlardan biridir.  
Alimlər düşünürlər ki, makakalar döyüşməkdən qaçırlar, çünki bu, onların bədən istiliyini artırır. 
Həmçinin, hava çox isti olmayanda meymunların qasırğadan əvvəlki ilə müqayisədə daha böyük qruplarda vaxt keçirdikləri müşahidə edilib.

Digər tərəfdən tədqiqatçılar adadakı bütün meymunların bu dinc mühitdə iştirak etmədiyini bildirib və bunun əvəzini döyüşə başlayan meymunların ödədiyini qeyd ediblər.

Bildirilib ki, Cayo Santiagoda makaka populyasiyası üçün ümumi ölüm nisbəti dəyişməz qalıb, lakin daha çox dostluq əlaqələri olan meymunlar üçün ölüm nisbəti 42 faiz azalıb. Bu, yəqin ki, onların temperaturdan qorunmaq qabiliyyəti ilə bağlıdır.

Əfsanə Rəcəb
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top