AVRO-2024: Bu gün B qrupunun oyunlarına yekun vurulacaq

İDMAN 24 iyun 2024, 09:44
Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

Bu gün B qrupunda mübarizəyə yekun vuruluacaq.

Düsseldorfda Albaniya 1/8 finalı özü üçün təmin edən İspaniya ilə qarşılaşacaq. Gecənin digər oyunu isə Leyptsiq şəhərində gerçəkləşəcək. İspaniyaya məğlub olan İtaliya Xorvatiyanın müqavimətini qırmağa çalışacaq.

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top