Alkaqollu sürücülərə həkim məsləhəti: Bunu etsəniz, avtomobil idarə edə bilərsiniz…

SOSİAL 21 iyun 2024, 10:57
Spirtli içkilərin sağlamlığımıza vurduğu ziyan hamıya məlumdur. Bununla belə bəziləri üçün alkoqol qəbulu həyat tərzinə çevrilib. Deməli, spirtli içki qəbulundan sonra onun bədəndən tez xaric olması və orqanizmimizə verdiyi ziyanın minimuma endirilməsi üçün bəzi vacib məqamları bilməkdə fayda var. Xüsusilə də spirtli içki qəbul edən sürücülər nə etməlidir ki, spirt bədəndən tez xaric olunsun?

Tanınmış həkim-fitoterapevt Elnur Rəhimov Demokrat.az-a açıqlamasında bildirib ki, alkoqol orqanizmdə metabolizə olunmadan sidik, tər və tənəffüslə xaric oluna bilir:

“Amma 90-98 faiz halda qaraciyərdə metabolizə olunur. Alkoqol orqanizmdən metabolizə olunduqdan sonra da bədəndə 12 saat aktiv qala bilir". 




Elnur Rəhimov deyib ki, alkoqolun orqanizmdən tam xaric olması üçün bol maye qəbul etmək lazımdır: 

"Kök və limon kimi qidalar da metabolizə prosesinin aktivliyini artırdığına görə alkoqolun bədəndən çıxmasını sürətləndirir. Həmçinin adaçayı, razyana və nanə yarpağının hərəsindən bir çay qaşığı götürüb 200 ml qaynar suda 20 dəqiqə dəmləyib bir stəkan içmək olar. Çəkisi 80 kiloqramdan artıq şəxslər üçünsə bu qarışımın dozası iki dəfə artırılır. Yenə də su ehtiyatını artırmağa diqqət etmək lazımdır. Alkoqol istifadəsi zamanı metabolizmin fəaliyyətini ləngidən qidalardan uzaq durmaq lazımdır. Bura şirniyyat, un məmulatları, xəmir yeməkləri aiddir. Alkoqol qəbul edərkən bal da yemək olar. Bu, metabolizmi sürətləndirir, qoxunu aparır, həmçinin qaraciyərin yağlanmasının qarşısını alır. Beləliklə orqanizm əlavə yüklənmədən qurtulur".


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top