“BakuBus” bölgələrdə — Sərnişinlər daha rahat səfər edəcəklər

SOSİAL 12 iyun 2024, 18:40
“BakuBus” MMC Bakıdan Zaqatala, Bərdə və Tərtərə sərnişin daşıyacaq. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Zaqatala, Bakı-Bərdə, Bakı-Tərtər şəhərlərarası, paytaxtın 120 və 140 nömrəli şəhərətrafı, eləcə də 120E, 121E və 140E nömrəli ekspres avtobus marşrutlarını müsabiqəyə çıxarıb. “Bakı-Zaqatala-Bakı” və “Bakı-Bərdə-Bakı” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC, “Bakı-Tərtər-Bakı” marşrutu üzrə 2 hüquqi şəxs - “BakuBus” MMC və “Uğurlu Yol” MMC komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar. 

Şəhərlərarası sərnişindaşımaya “BakuBus”-ın cəlb edilməsi keyfiyyətə təsir edəcəkmi? 

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında qeyd edib ki, bir neçə marşrut xəttinin müsabiqəyə çıxarılması sərnişindaşımada keyfiyyətə müsbət təsir edəcək: 

“Daha keyfiyyətli, komfortlu avtobuslar regionlara cəlb olunduqca sərnişindaşımada keyfiyyətə əlbəttə ki, müsbət təsir edir. Regionlara səfərlər indi daha keyfiyyətli avtobuslarla həyata keçiriləcək. Bu avtobusları biz beynəlxalq hava limanı, Bakı-Sumqayıt istiqamətində görmüşdük. Sonra Bakı-Gəncə, Bakı-Mingəçevir istiqamətində də görməyə başladıq. 

Coğrafiya daha da genişlənir. Bakıdan Zaqatalaya, Bərdəyə, Tərtərə də komfortlu, ekspress avtobuslar xəttə buraxılır. Əlavə olaraq qeyd edim ki, son bir ildə biletlərin onlayn alınması da təmin edilib. Bununla bilet satışında insan faktoru sıfıra enib. 

İndi rahat bir şəkildə onlayn qaydada öncədən bilet sifariş etməklə vətəndaşlar istədikləri istiqamatə daha komfortlu və təhlükəsiz şəraitdə səfər edə bilirlər”. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top