Blinken Çexiya hökumətinin üzvləri ilə Ukraynaya yardımı müzakirə edib

DÜNYA 30 may 2024, 23:41

NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Praqaya gələn ABŞ dövlət katibi Entoni Blinken Çexiya hökumətinin üzvləri ilə Ukraynaya yardım məsələsini müzakirə edib.

APA “Idnes” xəbər portalına istinadən xəbər verir ki, dövlət katibi respublikanın müdafiə naziri Yana Çernoxova ilə də görüşüb.

Tərəflər Kiyevə silah və sursat tədarükü vasitəsilə hərtərəfli dəstəyin davam etdirilməsinin tərəfdarı olduqlarını bildirib.

Blinken Çexiyanın Ukrayna Silahlı Qüvvələrinə artilleriya mərmiləri göndərmək təşəbbüsünü yüksək qiymətləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top