Küçədə xanımların şəkillərini çəkib “TikTok”da paylaşan şəxs həbs olundu

KRİMİNAL 30 may 2024, 20:25

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu “TikTok” sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib. 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top