Azərbaycanda elektrik enerjisi ilə bağlı yeni şura yaradılacaq

SƏNAYE VƏ ENERGETİKA 25 may 2024, 12:43
Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Koordinasiya Şurasının və alt işçi qrupları yaradılacaq.

Demokrat.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı"nda əksini tapıb.

Energetika Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, "Azərenerji" ASC, "Azərişıq" ASC ilə birlikdə 2024-cü il 1 iyul-1 noyabr tarixlərində Koordinasiya Şurasının və alt işçi qrupların yaradılmasını və yeni yaradılan qurumlar tərəfindən elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı işlərin aparılmasını təmin etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top