2023-cü il büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

İQTİSADİYYAT 23 may 2024, 11:00
2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35236,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 4,0 faiz çox, dövlət büdcəsinin xərcləri 36457,9 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,5 faiz az olub.

Demokrat.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Başqa sözlə, 2023-cü il dövlət büdcəsinin gəlirləri 33890,5 milyon manat proqnoza qarşı 35236,4 milyon manat və ya 1345,9 milyon manat (4,0 faiz), 2022-ci illə müqayisədə isə 4556,8 milyon manat və ya 14,9 faiz çox icra olunub. 2023-cü il dövlət büdcəsinin 36624,8 milyon manat məbləğində təsdiq olunmuş xərcləri isə 99,5 faiz və ya 36457,9 milyon manat məbləğində icra olunub ki, bu da 2022-ci illə müqayisədə 4393,3 milyon manat və ya 13,7 faiz çoxdur.

Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1221,5 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,3 faiz az olub.

2024-cü il yanvarın 1-nə vahid xəzinə hesabının sərbəst qalığı 970 735 438,7 manat olub. 2023-cü il dövlət büdcəsinin kəsiri 1 221 561 804 manat olub. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 iyn 2024, 09:40
Top