"Mən kimisə təhqir etməmişəm" — Nazim Bəydəmirli

HADİSƏ 29 apr 2024, 12:34
Hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Nazim Bəydəmirlinin vəkili Aqil Layıc vəsatətlə çıxış edib. O bildirib ki, Ədalət Bağırovun ifadəsinə görə, Nazim Bəydəmirli ondan rüsvayedici məlumatları yaymaqla pul tələb edib. Vəkil bunun əsassız olduğunu deyib: Ədalət Bağırov ifadəsində onun intim görüntülərini  yaymaqla hədələdiyini deyib. Nazim Bəydəmirli heç kimin əmlakın talamayıb, şərəf və ləyaqətini alçatmayıb. Nazim Bəydəmirli tanımış şəxsdir. Onun şahidlərə təsir göstərmək imkanı yoxdur. Onun daimi yaşayış yeri var. Onun barəsində qətimkan tədbiri dəyişdirilməlidir. Onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirik".

Aqil Layıc həmçinin cinayət işinə xitam verilməsini də istəyib. Vəkil deyib ki, cinayətin obyekti yoxdur: "Cinayətin başlanması üçün video hanı? Cinayətin əsası yoxdur. Nazim Bəydəmirlinin özü Ədalət Bağırovdan mənimsəmə faktı ilə bağlı şikayətiəçi olub".

Daha sonra Nazim Bəydəmirli deyib ki, heç bir  cinayət törətməyib: "Həbsim lazımdırsa həbs edin. Mən Ədalət Bağlrovdan heç nə tələb etməmişəm. Onun həbsini istəməmişəm. Sadəcə, başa salmaq istəmişəm ki, biz şərik olmuşuq, 30 faiz səhmlərim olub. Müstəntiq də bunları bilirdi. Nə təhdid etmişəm, nə videosunu yaymışam. Ümumiyyətlə belə bir şey olmayıb. Neynəməliyəm, qanuni yolu seçərək müraciətlər etmişəm bu adamın barəsində. Mən kimisə təhqir etməmişəm. İqtidara, müxalifətə eyni mövqedə duran adamam. Dövlətimə, vətənimə sədaqətli insanam. Bu adamların şikayəti ucbatından neçə aydır həbsdəyəm. Bu, baxılmalı iş deyil. Xahiş edirəm, öz günahsızlığımı sübut etmək üçün mənə şərait yaradın. Mən ittihamı aktını oxuyan zaman Mürsəl İbrahimovla bağlı Rusiyadakı məsələ ilə bağlı 1996-cı ildə guya cinaytəkar qrupla əlaqəm var.Mən siyasi məhbur deyiləm, ekoloji məhbus ola bilərəm. Gədəbəydəki çıxışlarım kiminsə xoşuna gəlməyə bilər. Mənim ailəm nə çəkir təsəvvür edirsiniz".

Nazim Bəydəmirli bildirib ki, onun özü zərərçəkmişlərdın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət edib. Onun sözlərinə görə, bununla bağlı dəfələrlə idarədə olub. Qeyd edib ki, heç bir cinayət törətməyib: "Mən izah etmək istəyirəm ki, Ədalət Bağırovdan heç nə tələb etməmişəm. Onları başa salmaq istəyirəm ki, şirkətdən 30 faiz şərikim var. Mən onu demişəm. Mən Ədalət Bağırovu  təhdid etməmişəm. Mən qanuni yolu seçmişəm, şikayətlər etmişəm. Mən kimi təhqir etmişəm? Mən 10 aydır həbsdəyəm. Səhhətimdə problemlər var. Gələn ay 61 yaşım tamam olur. Mən istəmirəm ki, adım bəzi işlərdə hallansın. Mənim adımdan heç kim istifadə etməsin. Mən siyasi məhbus deyiləm. Vəsatətimi təmin edin, barəmdə alternativ qətimkan tədbirinin seçilməsini xahiş edirəm"

Daha sonra hakimlər müşavirə keçirib. Müşavirədən qayıdan hakimlər qərar elan edib.  Qərara görə, təqsirləndirilən şəxsin vəkilinin verdiyi vəsatət təmin olunmayıb. 

Məhkəmə baxışı mayın 13-ə təyin edilib. 

Qeyd edək ki, cinayət işi üzrə İbrahimov Mürsəl Fəyaz oğlu və Bağırov Ədalət Əziz oğlu zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.

Vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, ötən ilin iyunun 24-də Nazim Bəydəmirliyə 10 min manat versə də, o, qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Nazim Bəyrəmirli Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Daha sonra ona əlavə Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə yenidən ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top