Krım körpüsü bağlanıb

DÜNYA 24 apr 2024, 19:43
Krım körpüsündən avtomobillərin keçidi müvəqqəti olaraq dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat verilib.

“Körpüdə və yoxlama zonasında olanlardan nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etmələrini xahiş edirik”, - paylaşımda qeyd edilib.

Yolun bağlanmasının səbəbi açıqlanmayıb.

Bundan əvvəl Krım körpüsündən keçən sürücülərin bayram və tətil vaxtı daha ciddi şəkildə yoxlanılacağı bildirilmişdi.

Qeyd edək ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top