COP29 Azərbaycanın ixrac potensialını artıracaq — Bəs hansı işlər görülməlidir?

COP29 24 apr 2024, 18:42
Prezident İlham Əliyev dünən ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib ki, iqtisadiyyatımızı şaxələndiririk. Ölkə başçısı qeyd edib ki, hazırda neft və qaz ümumdaxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir: “Lakin ixracımızın təxminən 95 faizi neft və qazla bağlıdır. Hazırda əsas məqsədlərimizdən biri ixracımızı şaxələndirməkdir”.

İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, liberal iqtisadi modelə keçmək lazımdır. 

O deyib ki, sahibkar bazarının aşağı olması, təcrübənin az olması, xarici bazarlara inteqrasiyanın zəif olması xarici investorların ölkəyə cəlb edilməsində problem  yaradır:

“Ölkəyə xarici investisiya qoyuluşunun azalması çatışmazlıqların olduğunu göstərir. Nə qədər ki, mühafizəkar iqtisadi siyasət davam etdirilir rəqabət qabiliyyətli istehsal formalaşdıra bilmirik. 

Rahat şəraitdə sahibkar ölkədə mövcudluğunu qoruyub saxlaya bilir, ona görə də inkişafa səy göstərmir. Bu ləngimələr yerli məhsulların xarici bazarlarda rəqabət aparmaq qabiliyyətini aşağı salır. Bu problem həll edilməlidir ki, qeyri-neft sektorunda ixrac genişlənsin. Bunun üçün də konkret siyasi çərçivələr hazırlanmalıdır. Bütün qurumların fəaliyyəti vahid məqsədə xidmət etməlidir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top