Qəzzada ölənlərin sayı 34 min 262 nəfərə çatdı

DÜNYA 24 apr 2024, 16:56
İsrail Ordusunun 201 gündür ki, başlatdığı hərbi əməliyyatların davam etdiyi Qəzza zolağında həlak olan insanların sayı 34 min 262 nəfərə çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 79 fələstinlinin həyatını itirdiyi, 86 fələstinlinin isə yaralandığı bildirilib. 

Qəzza zolağına təşkil edilən hücumlarda ölənlərin sayının 34 min 262 nəfərə, yaralıların sayının isə 77 min 229 nəfərə yüksəldiyi qeyd edilib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top