Yeni epidemiya yayıldı

DÜNYA 24 apr 2024, 16:22
Konqo Respublikasının 5 bölgəsində “M çiçəyi”adlanan epidemiya elan edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Konqo Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkə ərazisində çoxlu sayda “M çiçəyi” xəstəliyinə yoluxma qeydə alınıb.

Yoluxmaların artması ilə əlaqədar 5 bölgədə epidemiya elan edilib. 

Adətən heyvandan insana, nadir hallarda isə insandan insana yaxın təmas yolu ilə keçən virus bədəndə yüksək hərarət və qaşınmaya səbəb olur.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top