“Amazon” şirkəti yüksək məbləğdə cərimələndi

DÜNYA 24 apr 2024, 15:35
İtaliyanın Rəqabət İdarəsi ABŞ-dan fəaliyyət göstərən dünyaca məşhur “Amazon” şirkətini 10 milyon avro cərimələyib.

Demokrat.az
xəbər verir ki, bu barədə sözügedən qurumun  yazılı açıqlamasında deyilir. 

Məlumata görə, “Amazon” şirkəti italyan internet saytında bir çox məhsullar üçün satın alma variantının avtomatik olaraq "birdəfəlik" əvəzinə "təkrarlanan dövri alış" olaraq təyin edib.

Şirkətin bu cür addımının istehlakçı seçimlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığı vurğulanıb.

Qurumun bu səbəbdən “Amazon”u 10 milyon avro cərimələdiyi bildirilib. 

Qeyd edilib ki, “Amazon”un törəmə şirkətləri, Lüksemburqda yerləşən “Amazon Services Europe” və “Amazon EU” da cəzadan təsirlənib. 


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top