Uşaqlıq peyvəndinə laqeyd yanaşmaq olmaz

DÜNYA 23 apr 2024, 22:25
Uşaqlar doğulduqdan dərhal sonra edilən peyvəndlər sayəsində bir çox xəstəliklərə qarşı immunitet qazanırlar.

Demokrat.az
xəbər verir ki, türkiyəli professor Vefik Arıca peyvəndlərin təsiri ilə bağlı “TRT Haber”ə danışıb.

O bildirib ki, Türkiyədə illərdir immunitetin araşdırılması ilə bağlı işlər aparılır:

"Səhiyyə Nazirliyinin uşaqlara tətbiq etdiyi ənənəvi peyvənd proqramı var. Uşaqlıq dövründə edilən peyvəndlərin ümumi cəmiyyət üçün böyük əhəmiyyəti var. Dünyada təxminən 20 milyon uşaq ya natamam peyvənd olunub, ya da heç peyvənd olunmayıb. 

Türkiyədə bu rəqəmin 50 mini keçdiyi təxmin edilir. Təbii ki, müharibə, immiqrasiya və peyvənd əleyhinə mübarizə bu işdə ən mühüm amillərdir.

Uşaqlıq peyvəndləri əslində təkcə uşaqları deyil, həm də bütün cəmiyyəti qoruyur”.

Professor həmçinin peyvəndin qızılcaya təsirindən danışıb:

“Milyonlarla uşağın ölümü məhz peyvənd sayəsində azalır. Məsələn, dünyada qızılca xəstəliyi yox dərəcəsinə çatdığı halda, son illər peyvənd olunmayan insanlar səbəbindən bütün dünyada müşahidə olunmağa başlayıb. 

Peyvənd edilmədikdə, təkcə özümüz deyil, bütün cəmiyyət, tətta bütün dünyaya təsir edə bilərik”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top