Yaqub Mahmudovun həyat yoldaşı vəfat edib

SOSİAL 22 apr 2024, 21:11

Tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Günay Nəciyeva AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova başsağlığı ünvanlayıblar.

Təhsil365 xəbər verir ki, başsağlığında deyilir:

"Azərbaycan təhsilinə ağır itki üz verib. Dəyərli ziyalımız Almas Mahmudova 22 aprel 2024-cü ildə vəfat edib.

Almas xanım BDU‐nun Mexanika‐riyaziyyat fakültəsini bitirib. Azərbaycan Ensiklopediyasında redaktor və Bakının bir neçə məktəbində riyaziyyat müəllimi işləyib.

Görkəmli tarixçimiz Yaqub Mahmudova həyat yoldaşı, pedaqoq Almas xanımın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət etsin!"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top