Cənubi Koreya və Yaponiyadan ortaq AÇIQLAMA

DÜNYA 22 apr 2024, 20:36
Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atdığını açıqlayıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Bildirilib ki, Yaponiya Sahil Mühafizəsi də Şimali Koreyanın yerli vaxtla saat 15.04-də ballistik raket buraxdığını təsdiqləyib. 

Yaponiya Müdafiə Nazirliyinin bəyanatına görə, raket Yaponiyanın milli eksklüziv iqtisadi zonasından kənara düşüb. 

Raketin düşdüyü ərazidəki zərərin müəyyən edilməsi üçün təcili yardım qrupu yaradılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top