"Zəhərlənmələrin əsas səbəblərindən biri də qeyri-mövsümi meyvə və tərəvəzlərdir"

SOSİAL 22 apr 2024, 18:09
Hər mövsümün özünəməxsus müxtəlif tərəvəz və meyvələri var. Bununla belə demək olar ki, ilin bütün dövrlərində bazar və marketlərdə mövsümü olmayan kənd təsərrüfatı məhsulları görürük. Maraqlıdır, mövsümündə yetişməyən meyvə və tərəvəzlərin qəbulu insanda hansı xəstəliklərə səbəb ola bilər? 

Məsələ ilə bağlı  tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlama verib.



O qeyd edib ki, hazırda bütün dünyada istixanalarda yetişdirilən meyvə və tərəvəzlərdən çox geniş istifadə olunur:

“Bu istixanalarda yetişən meyvələrin tərkibində bir çox kimyəvi maddələr olur. Bu meyvələri yetişdirmək üçün zərərvericilərə qarşı istifadə olunan müxtəlif peptisidlər, toksik maddələrdən istifadə olunur. Bu maddələr bitkinin tərkibinə də keçə bilir. İstənilən halda istixanalarda yetişdirilən, vaxtından əvvəl yetişən, mövsümü olmayan qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Təəssüflər olsun ki, çox adam nəfsinə hakim ola bilmir. Bəzən vaxtından əvvəl yetişən, kal görünən meyvələri alırlar. Bununla da müxtəlif problemlər yaşanır. Hazırda baş verən allergik reaksiyalar, müxtəlif toksiki reaksiyalar və zəhərlənmələrin səbəblərindən biri də budur. Mümkün qədər çalışmaq lazımdır ki, meyvə və tərəvəzlər təbii yetişdiyi vaxtda yeyilsin. Bu, təbiətin qanunudur, gərək qanunu pozmayaq, ona uyğunlaşaq”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top