Rusiyada YANĞIN: Ölənlər var

HADİSƏ 22 apr 2024, 18:14
Rusiyanın Voronej şəhərində elektromexanika zavodunda yanğın baş verib.

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanğın zamanı 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib. 

Bildirilib ki, hazırda yanğın söndürülüb, başvermə səbəbləri araşdırılır.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top