Gürcüstanlı deputatlar Bakını seyr etdilər — FOTO

XARİCİ SİYASƏT 22 apr 2024, 13:51
Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri Davit Sonğulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 22-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.

Demokrat.az xəbər verir ki, Gürcüstan parlamentariləri, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirərək, məzarları üzərinə gül dəstələri qoyublar.

Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top