Bakıda yol qəzasında iki nəfər yaralanıb

HADİSƏ 20 apr 2024, 12:13
Bakının Nərimanov rayonunda yol- nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Həsənov İlqar Qasım oğlu və 1993-cü il təvəllüdlü Səmədzadə Lalə İbrahim qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top