Dilan Polatla ərinin bu cinayəti sübut olunmadı

DÜNYA 19 apr 2024, 13:01
Sosial media fenomeni Dilan Polat və əri ilə birgə cinayət məsuliyyətinə cəlb edilmiş bütün təqsirləndirilən şəxslərə “vergi proseduru qanununu pozma” maddəsi ilə verilmiş ittiham sübuta yetirilməyib.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki ayrı maddə ilə də ittiham olunan Polat cütlüyü və digər müttəhimlərin həbsdə qalma müddəti davam edəcək.

Müdafiə tərəfi Dilan Polat, Engin Polat və digərlərinin azadlığa buraxılmalarını tələb edib. Prokuror “təşkilat yaratma və idarə etmə” və “çirkli pulların yuyulması” cinayətləri ilə bağlı araşdırmanın aparıldığını bildirərək həbs qətimkan tədbirinin davam etdirilməsini uyğun hesab edib.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top