İntihar etmək istəyən şəxs xilas edildi — VİDEO

HADİSƏ 19 apr 2024, 09:40
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb.

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununla əlaqədar dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb. Eyni zamanda xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilər tərəfindən aparılan psixoloji söhbətlər nəticədində intihara cəhd edən vətəndaş 1981-ci il təvəllüdlü Əliyev Ramin Mirağa oğlu xilas edilib və körpüdən endirilərək aidiyyəti üzrə təhvil verilib.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top