Fransa Prezidentinin sözü ilə əməli üst-üstə düşmür — Deputat

XARİCİ SİYASƏT 18 apr 2024, 16:41
Emmanuel Makron Əlcəzairə səfərində belə fikir səsləndirmişdi ki, kolonializm dünyanın ən böyük dəhşətlərindən biridir. Ancaq biz bu gün Fransa Prezidentinin dedikləri ilə əməllərinin üst-üstə düşmədiyini görürük.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentdə təşkil olunan "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş konfransda deyib.

O vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə dövlətlərin böyüklüyünün onların ərazilərinin genişliyi ilə əlaqəli olmadığını bütün dünyaya göstərib.

Deputat Yeni Kaledoniyanın müstəqillik əldə edəcəyinə ümidvar olduğunu bildirib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top