”Azərbaycan nümayəndə heyətini AŞ PA-ya qaytarmaq lazımdır” — Moldovalı deputat

XARİCİ SİYASƏT 18 apr 2024, 13:10
“Moldova nümayəndə heyəti olaraq, bu olaydan təəssüf edirik. Bizim nümayəndə heyəti AŞ PA rəhbərliyinə məktub göndərib. Biz orada qeyd etmişik ki, Azərbaycanla dialoq davam etdirilməlidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında Moldova Parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Jhon Qroza deyib.

Onun sözlərinə görə, üzv ölkədə insan haqları problemləri varsa, onu dialoqla həll etmək lazımdır:

”Kənarlaşdırmaqla nəticə əldə etmək mümkünsüzdür. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin qayıtmasına şərait yaradılmalıdır. Nümayəndə heyəti qayıtsa, bütün məsələləri danışıqlarla həll etmək olar. Moldova nümayəndə heyətinin mövqeyi belədir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top