Sumqayıtda ər arvadını döydü

KRİMİNAL 03 aprel 2024, 12:02
Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Namiq ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuraya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini Namiqin həyat yoldaşı Nuray ilə ailə-məişət və şəxsi münasibətlərin pozulması zəmnində baş verən mübahisə zamanı onu döyüb. 

Hadisəni törədən Namiqin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, evdə olan zaman həyat yoldaşı ilə aralarında mübahisə yaranıb, mübahisə zamanı əsəbləşib və özündən asılı olmayaraq şillə ilə onu vurub. 

Qeyd edib ki, həyat yoldaşının gözündən qan gəlməyə başlayıb, ona dərhal yardım göstərib. 

O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Namiqin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top