Xankəndidə xeyli silah-sursat tapıldı

HADİSƏ 01 aprel 2024, 10:16
Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb.

Bu barədə Demokrat.az-a DİN-dən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 qumbara, 2 qumbaratan, 5 süngü bıçaq 1 alışdırıcı, 75 patron darağı, 1870 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top