Rəngli qazlı içkilər uşaqlarda sümük inkişafının qarşısını alır — XƏBƏRDARLIQ

SOSİAL 28 mar 2024, 22:10
Təbii qidalar artıq əlçatmaz olub. Tərkibində müxtəlif kimyəvi qatqılar, dadlandırıcılar olan qidalar rasionumuzun ayrılmaz parçasına çevrilib. Marketlərə daxil olduqda istər-istəməz əlimiz zərərli məhsullara doğru uzanır. Bu qidaların orqanizmimizə ziyan olduğunu bilsək də istifadə etməyə davam edirik. 

Demokrat.az xəbər verir ki, qida mütəxəssisi Ağa Salamov “Azad Azərbaycan”a müsahibəsində kolbasa, çipsi, makaron kimi qidaların insan sağlamlığına təhlükə yaratdığını deyib:

“Trans yağlar əsrimizin bəlasıdır. Bu yağlar orqanizm tərəfindən mənimsənilmədiyi üçün müxtəlif fəsadlara yol açır. Zərərli qidalar sırasına konservləşdirilmiş, hisə verilmiş məhsullar, işlənmiş ət məhsulları da daxildir. Bunlardan yalnız qəlyənaltı kimi istifadə etmək olar. 

Aspartam adlı maddə (qidada geniş istifadə olunan şirin dadlandırıcı) şəkərdən 200 dəfə daha şirindir. Onun şirinliyini balanslaşdırmaq üçün qazlı rəngli içkilərə fosfor turşusu əlavə edilir. Ona görə də üzərində yazılır ki, soyuq için. Fosfor turşusu yaşlı insanlarda sümük əriməsinə gətirib çıxarır, uşaqlarda isə sümüklərin inkişafının qarşısını alır. Çipsilər dərin yağda qızardıldığı üçün uşaqlarda, immun sistemi zəif olan insanlarda müəyyən bağırsaq problemlərinə səbəb olur”.
 
Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top