Qəzzaya edilən hava yardımı çoxlu sayda insanın ölümü ilə nəticələndi

DÜNYA 28 mar 2024, 19:38
Qəzzaya bəzi ölkələrin təyyarələrlə atdığı ərzaq yardımını almağa çalışan daha 18 fələstinli həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, təyyarələrdən dənizə düşən yardımı götürməyə çalışan fələstinlilərdən 12-si boğularaq, 6-sı isə izdiham nəticəsində həyatını itirib. 

Hadisə şahidləri həyatını itirənlərin bəzilərinin uşaqlar olduğunu bildirib. 

Qeyd edək ki, ayın əvvəlində havadan atılan bəzi yardım bağlamaları mülki şəxslərin üzərinə düşüb. 

Hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə ağır yaralanıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top