Son bir həftədə zərərsizləşdirilən terrorçu sayı AÇIQLANDI

REGİON 28 mar 2024, 18:15
Son bir həftədə Türkiyə ordusu tərəfindən Şimali İraq və Suriya da daxil olmaqla 38 terrorçu zərərsizləşdirilib. 

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terror təşkilatlarına qarşı əməliyyatları davam etdirir.

Bu əməliyyatlar çərçivəsində, son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 38 terrorçu zərərsizləşdirilib. 

Beləliklə, ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı 646-ya çatıb.

Ümumilikdə terrorçulardan 268-i İraqın şimalında, 378-i isə Suriyanın şimalında zərərsizləşdirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top