Argentinalı diplomatlar Kolumbiyadan deportasiya ediləcək

DÜNYA 28 mar 2024, 12:32
Kolumbiya ölkədəki bütün argentinalı diplomatların deportasiya ediləcəyini açıqlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda, Argentina prezidenti Xavier Mileinin prezident Qustavo Petro haqqında "qəbuledilməz" ifadələr işlətdiyi bildirilib.

Bununla da, bütün argentinalı diplomatların ölkədən deportasiya ediləcəyi açıqlanıb. 

Qeyd edək ki, Argentina prezidenti Xavyer Milei Kolumbiya prezidenti Qustavo Petronu “qatil terrorçu” adlandırıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top