Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri barəsində qiyabi həbs qərarı verib

DÜNYA 26 mar 2024, 11:59

Rusiya Məhkəməsi Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk barəsində Krım körpüsündə törədilən terror aktı ilə bağlı qiyabi həbs qərarı verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu qərarı Moskvanın Basmannı məhkəməsi çıxarıb.

Malyuk barəsində qiyabi həbs qərarına səbəb Kiyevin yarımadadakı partlayışda, həmçinin hərbi müxbir Vladlen Tatarski və İlya Kivanın qətlində, eyni zamanda, Zaxar Prilepinin avtomobilinin partlaması və digər terror aktlarında iştirakını təsdiqləməsi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top