Xankəndidə saatlı bomba və qumbaralar aşkarlandı

QARABAĞ 26 mar 2024, 11:30

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, saatlı bomba və qumbaralar aşkarlayıblar.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 ədəd saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6 321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top