Azərbaycanda 2 hektar ərazidə narkotik tapıldı — FOTOLAR

HADİSƏ 11 sentyabr 2019, 17:56

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.


Demokrat.az xəbər verir ki, rayonun Xaçmaz kəndi ərazisində 2 hektara yaxın ərazidə yabanı halda bitmiş hündürlükləri 60-70 sm , ümumi çəkisi 2 ton 200 kq olan 4150 ədəd narkotik tərkibli çətənə bitkiləri yandırılaraq məhv edilib.


Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top