Bu bankın 1000 əməkdaşı işdən çıxarılır

MALİYYƏ 13 mar 2024, 14:36
Böyük Britaniyada yerləşən “Metro Bank” xərclərini azaltmaq üçün 1000 nəfər əməkdaşını işdən çıxaracaq.

Demokrat.az
xəbər verir ki, bu barədə bankın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bank ilin birinci rübündə 50 milyon funt-sterlinq qənaət etmək üçün ümumi personalın yüzdə 22 faizini (təxminən 1000 nəfər) aprel ayının əvvəlində işdən çıxaracaq.

Qeyd edək ki, “Metro Bank” ilin sonuna qədər xərcləri daha 30 milyon funt sterlinq azaltmaq qərarına gəlib. Lakin bununla bağlı hansı addımların atılacağı hələki açıqlanmayıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top