Bazarlarda mövsüm meyvələri ilə yanaşı gilas, çiyələk, alça, qarpız kimi qeyri-mövsümi meyvələrə də rast gəlirik. Qiymətləri xeyli yüksək olsa da, alıcısı da az deyil. Xarici ölkələrdən idxal olunan və süni yolla yetişdirilən bu meyvələrin insan orqanizmi üçün zərərli olması da danılmazdır.
Qida mütəxəssisi Ağa Salamov Demokrat.az-a açıqlamasında bildirib ki, mövsümü olmayan meyvələr genetik kodlarımıza mənfi təsir göstərir.
O, deyib ki, faydalı meyvə-tərəvəzlər mövsümündə yetişən və yeyiləndir:
“Meyvə və tərəvəzlər fəsillərə görə kodlaşdırılıb. Heç biri təbii yolla, insan əli dəymədən mövsümündən başqa fəsildə yetişməz. Yay üçün kodlaşmış bir məhsulu biz qışda yesək bunun genetik kodlarımıza şübhəsiz ki, təsiri olacaq. Ürək qüsurlu uşaq dünyaya gələ bilər və ya uşaqda diabet yarana bilər, qan azlığı ola bilər. Mövsümündə yetişməyən məhsulları yeyərkən onun kodunu genimizdə aktivləşdirmiş oluruq, amma təbiət bunu öz mövsümündə yeyilmək üçün yetişdirib”.
Ekspert qeyd edib ki, qeyri-mövsüm meyvələrinin tərkibində peptisidlər olur və istixana şəraitində yetişdirilir:
“İnsan orqanizmində yığılan peptisidlər onu zəhərləyir və gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur, ən başlıcası allergik xəstəliklərdir. Allergiyadan əziyyət çəkən insanların çoxunda xəstəliyə səbəb də məhz budur.
Qışda qış, yayda yay meyvəsini yeyən insanların immuniteti də güclü olur, nadir hallarda xəstələnirlər, orqanizm viruslarla mübarizə apara bilir. İmmun sistemini güclü saxlamaq üçün mütləq şəkildə mövsümündə yetişən meyvə və tərəvəzlər yeyilməlidir. Xaricdən gətirib 150-180 manata alça satırlar, elə adam var nəfsi çəkir, yeyir, amma bunun ona heç bir faydası yoxdur. Yayda da bəzi payız meyvələri satılır, bunun da eynilə orqanizmə faydası yoxdur”.
Törə Zeynallı
Demokrat.az